• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tramp: ABŞ İran neftinə nəzarəti ələ keçirə bilər

DÜNYA

13 Sentyabr 2026 | 19:16 | Müəllif: Gülşən Şərif

Tramp: ABŞ İran neftinə nəzarəti ələ keçirə bilər

ABŞ Prezidenti Donald Tramp ölkəsinin gələcəkdə İran neftinə nəzarəti ələ keçirə biləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə İrlandiyadakı qolf klubunda jurnalistlərlə söhbəti zamanı danışıb.

“Son nəticədə biz gedəcəyik. Yalnız qalmaq və Venesuelada olduğu kimi nefti özümüzə saxlamaq qərarına gəlməsək”, - deyə ABŞ lideri bildirib.

Tramp sentyabrın 14-də İranın da iştirakının gözlənildiyi Körfəz ölkələri nümayəndələrinin görüşü ilə bağlı suala isə şərh verməkdən imtina edib.

“Bu, onların işidir. Onlar xoşbəxt ola bilərlər”, – deyə Tramp əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026