• Bakı 25° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Myanmada yüzlərlə insan vəbaya yoluxdu

DÜNYA

14 Avqust 2026 | 19:01

Myanmada yüzlərlə insan vəbaya yoluxdu

Myanmanın paytaxtı Yanqonda vəba epidemiyası baş verib: təxminən 200 nəfər xəstəliyin xarakterik simptomları ilə xəstəxanaya yerləşdirilib və 90-dan çox xəstə laboratoriya müayinələri ilə təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən bütün xəstələrdə oxşar simptomlar var: kəskin ishal, halsızlıq və susuzlaşma. Myanma Səhiyyə Nazirliyinin məlumatına görə, 54 xəstənin vəziyyəti ağırdır. 92 yaşlı kişi isə dünyasını dəyişib. 

Ən çox yoluxma halı şəhərin dörd mərkəzi rayonunda - Lanmadau, Lata, Pabedan və Kyauktadada qeydə alınıb. Hakimiyyət orqanları potensial olaraq təsirlənmiş ərazilərdə su və qida nümunələri götürüb və qida köşklərini müvəqqəti olaraq bağlayıb.

Həkimlər epidemiyanı daşqınlara və çirklənmiş kran suyuna səbəb olan musson mövsümü ilə əlaqələndirirlər. Əksər hallar çatdırılan qida, küçə qidası və qaynadılmamış suyun istehlakı ilə əlaqədardır.

Hakimiyyət orqanları sakinləri yalnız qaynadılmış su içməyə, əllərini yaxşıca yumağa və natəmiz qidalardan çəkinməyə çağırıb. Təsirə məruz qalan ərazilərdəki restoran sahiblərinə yemək hazırlayarkən əlcək və papaq taxmaq tapşırılıb. ÜST-ün məlumatına görə, ölkədə bağırsaq infeksiyasının yayılması riski xüsusilə yağışlı mövsümdə yüksəlir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR