• Bakı 25° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

İQTİSADİYYAT

14 Avqust 2026 | 19:23

 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Avqustun 15-də Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR