• Bakı 25° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

“Araz-Naxçıvan”dan iki yeni transfer

İDMAN

14 Avqust 2026 | 19:15

“Araz-Naxçıvan”dan iki yeni transfer

“Araz-Naxçıvan” heyətinə daha 2 futbolçu cəlb edib.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan təmsilçisi Qabil Əlizadə və Nihat Mehralıyevlə 1 illik müqavilə imzalayıb.

21 yaşlı Mehraliev hücumameyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.

25 yaşlı Əlizadə də vingerdir. O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR