• Bakı 24° C

    10.11 m/s

  • USD - 1.7

    EUR - 1.9593

    RUB - 2.051

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunub

SİYASƏT

14 Avqust 2026 | 20:02

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq müzakirə olunub

Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı F.Quliyev Gürcüstanın müdafiə nazirinə yeni müdafiə attaşesi, polkovnik Arzu Həsənovu təqdim edib.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın regionun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlıq formatları çərçivəsində həyata keçirilən və nəzərdə tutulan məsələləri müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR