Dünya Bankı avqustun 10-da baş vermiş dağıdıcı zəlzələdən sonra yardımın göstərilməsi üçün Kolumbiyaya 200 milyon dollar ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Bankından bildirilib.
Həmin vəsaitin zərərçəkmiş icmalara və müəssisələrə, o cümlədən səhiyyə sisteminə, mənzil sektoruna, eləcə də kiçik və orta biznesə dəstək üçün yönəldilməsi planlaşdırılır.
Xatırladaq ki, Kolumbiyada avqustun 10-da 7,4 maqnitudalı zəlzələ baş verib. Təbii fəlakət ölkənin qərbində çoxmənzilli evləri dağıdıb, yaşayış binalarını, məktəbləri və xəstəxanaları zədələyib.
Rəsmilərin məlumatına görə, zəlzələ nəticəsində 285 nəfər ölüb, 4 minə yaxın şəxs yaralanıb, təxminən 400 nəfər isə itkin düşmüş hesab olunur.
Bakı 



