Türkiyədə həftəsonu ölkənin cənub və şərq bölgələrində leysan və şimşəkli hava şəraiti gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına görə, xüsusilə Rizə, Artvin, Qars və Ərdahan ətrafında yerli olaraq güclü yağış yağacağı proqnozlaşdırılır.
Həftəsonu Mərmərə və Şimali Egey bölgələrində şimal və şimal-şərq istiqamətlərindən saatda 50-70 kilometr sürətlə güclü küləklər əsəcək.
İstanbulda 29-30, İzmirdə 34-35, Ankarada isə 29-30 dərəcə isti olacağı gözlənilir. Paytaxtda bazar ertəsi günortadan sonra lokal leysan yağacağı bildirilir.
Bakı 



