NATO qırıcıları Latviya səmasında naməlum pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək vurublar. Bu barədə Alyansın nümayəndəsi məlumat verib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Latviya Silahlı Qüvvələri ölkənin şərqindəki dörd bələdiyyədə təxminən 30 dəqiqə davam edən hava həyəcanı siqnalının qaldırıldığını və naməlum dronun zərərsizləşdirildiyini bildirmişdi.
Zeynəb Rzayeva
Bakı 



