Avqustun 14-də Almatı şəhəri və Almatı bölgəsində elektrik enerjisinin verilməsində böyük fasilələr yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Alatau jarık” energetika şirkətindən məlumat verilib.
Məlumata görə, hazırda Almatının Bostandık, Naurızbay, Auezov və Alatau rayonlarında elektik enerjisinin verilişi kəsilib. Hazırda Almatıda işıqforlar işləmir, şəhərdə böyük tıxaclar yaranıb.
Şirkətdən bildirilib ki, elektrik təchizatını bərpa etmək üçün lazımi tədbirlər görülür.
Qeyd edək ki, bu gün amerikalı məşhur reper Kanye Uestin Amatıda konserti keçiriləcək.
Bakı 



