ABŞ Federal Hakimi Emmet Sallivan Ədliyyə Nazirliyindən qalmaqallı milyarder Ceffri Epşteynin işi üzrə açıqlanan materiallarda ABŞ Prezidenti Donald Trampı ittiham edən qadınla müsahibənin əlyazma qeydlərinin niyə yer almadığını izah etməsini tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, ABC telekanalının məlumatına görə, Ədliyyə Nazirliyi həmin qeydlərin əsasən əvvəllər dərc edilmiş FTB (FBI) hesabatlarını təkrarladığını və onların açıqlanmasının qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsinə səbəb ola biləcəyini iddia edir.
Lakin hakim Sallivan qeyd edib ki, Epşteyn sənədlərinin açıqlanmasını tənzimləyən qanun artıq dərc olunmuş materiallarla eyni və ya oxşar olan sənədlər üçün hər hansı istisna nəzərdə tutmur.
İyun ayında hakim materiallardakı bəzi silinmələrin və redaktələrin qanunu pozduğu barədə qərar çıxarmışdı. Ədliyyə Nazirliyi isə öz hərəkətlərinin qanuni olduğunu israr edir və işin baxılmasının iki ay müddətinə təxirə salınmasını xahiş edir.
Bakı 



