• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Axtarışa verilən 7 nəfərdən biri “Diriliş Ərtoğrul”un aktyorudur

SİYASƏT

20 Oktyabr 2026 | 10:37 | Müəllif: Əli Hüseynov

Axtarışa verilən 7 nəfərdən biri “Diriliş Ərtoğrul”un aktyorudur

Xəbər verdiyimiz kimi, ötən gün Baş Prokurorluq Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini radikalizm zəminində zorakılığa çağırışlar etdiklərinə görə Türkiyədə yaşayan 7 nəfəri beynəlxalq axtarışa verib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, axtarışa verilən şəxslərdən birinin aktyor Abdurrahman Tumer olduğu müəyyənləşib.

Azərbaycan əleyhinə çağırışları ilə gündəmə gələn A.Tumer həm də şair, yazıçı, ssenarist və televiziya şərhçisidir. O, daha çox “Diriliş Ərtoğrul” tarixi serialındakı Bey obrazı ilə tanınır.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslər müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə ölkəmizə qarşı dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar yaymalarına görə barələrində beynəlxalq axtarış elan edilib. Onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026