"ABŞ İrana qarşı hərbi əməliyyatları istənilən vaxt dayandıra bilər".
Baklvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İranın nüvə silahı əldə etmək imkanları aradan qaldırılıb və buna görə də Vaşinqton hərbi əməliyyatları davam etdirməyə məcbur deyil.
Tramp vurğulayıb ki, İranın nüvə silahı ola bilməz və olmayacaq:
"Kimsə dedi ki, siz elə indi çıxa bilərsiniz. Bu, doğrudur. Biz elə indi çıxa bilərik”.
O, ötən ilin iyununda ABŞ-nin B-2 strateji bombardmançı təyyarələri ilə İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladıb.
Trampın sözlərinə görə, həmin əməliyyat İranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırıb.
ABŞ Prezidenti hərbi əməliyyatların nə vaxt və hansı şərtlərlə dayandırılacağı barədə konkret məlumat verməyib.
















