• Bakı 16° C

    2.51 m/s

Tək qolu ilə tikintiyə aid hər işi bacarır - VİDEO

CƏMİYYƏT

20 Oktyabr 2026 | 00:47 | Müəllif: Subhan Mahmudov

Tək qolu ilə tikintiyə aid hər işi bacarır - VİDEO

"Çalışmaq lazımdır. İşləmək, həyatda mübarizə aparmaq lazımdır. Bu gün mən əlimi cibimə qoyum ki, mənə hardansa, kimsə pul verəcək? Yox, olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ Müharibəsi zamanı sol qolunu itirən Taleh Bəşirov deyib.

Onun 44 yaşı var, 16 yaşı olanda Qazaxda mina partlayışı zamanı qolunu itirib və hazırda dəmirçi işləyir.

O, bildirib ki, ilk dəfə tikintiyə iş üçün yaxınlaşanda deyiblər ki, bir qolunla səni hara işə götürəcəklər:

"Dedim ki, 3 gün gəlim işləyim, bəyənməsəniz pulu sizdən götürməyəcəyəm. 2 nəfər fəhlə mənə çata bilmirdi. Qucaqlayıb məni dedi ki, sənə 2 şirvan yarım pul verəcəm. Həmin vaxt 1 fəhlə 1 şirvan yarım pul alırdı. O qədər sevindim ki. Bağ atmaqdan ötrü qolum üçün avadanlıq düşündüm. 2002-ci ildən dəmirçi işləyirəm. Tikintiyə aid olan hər işi bacarıram".

Daha ətraflı Xəzər TV-nin süjetində:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026