Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin bir hissəsində ucuzlaşma qeydə alınıb. Bununla yanaşı, bəzi altkoinlərdə bahalaşma müşahidə olunur.
Bakıvaxtı.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,59% azalaraq 81 998,89 ABŞ dollarına enib. Kriptovalyuta son 7 gündə 1,63% ucuzlaşsa da, son 30 gündə 1,98% bahalaşıb.
“Ethereum” 0,53% ucuzlaşaraq 2 408,50 dollara, “Zcash” 2,14% geriləyərək 1 145,31 dollara, “Bittensor” isə 1,56% azalaraq 267,57 dollara enib. “Solana”nın qiyməti də 0,05% azalaraq 105,09 dollar təşkil edib.
Bununla yanaşı, BNB 0,54% bahalaşaraq 729,63 dollara, “Monero” 1,07% artaraq 601,63 dollara, “Bitcoin Cash” isə 0,79% yüksələrək 279,35 dollara çatıb.
Qızıl əsaslı kriptovalyutalarda da ucuzlaşma qeydə alınıb. “Tether Gold” (XAUT) 0,61% azalaraq 4 139,71 dollara, “PAX Gold” (PAXG) isə 0,63% geriləyərək 4 139,39 dollara enib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,47% azalaraq 166,15 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,65 trln. dollar səviyyəsində qərarlaşıb.
















