Fransanın keçmiş prezidenti Fransua Olland hazırkı dövlət başçısı Emmanuel Makronun hökumətini zəif adlandırıb və ölkədəki iğtişaşlar fonunda prezidentin fəaliyyətsiz göründüyünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, “Le Figaro” qəzetinin məlumatına görə, Olland bu fikirləri “France Inter” radiosuna müsahibəsində səsləndirib.
Keçmiş prezidentin sözlərinə görə, Fransa hakimiyyəti ictimai qəzəbin miqyasını və etirazçıların aqressivliyini lazımi səviyyədə qiymətləndirməyib. O hesab edir ki, asayişin qorunmasında buraxılan səhvlər polis qüvvələrinin iğtişaşların qarşısını almaq üçün kifayət qədər səfərbər edilməməsinə səbəb olub.
“Biz zəif hökumətlə qarşılaşırıq. Respublika prezidenti isə sanki mövcud deyil. Bəlkə də nazirlərin təcrübəsi çatışmır. Sosial qəzəbin mümkün nəticələrini anlamaqda təcrübəsizlik də rol oynayıb”, – deyə Olland bildirib.
Murad İsmayıl
















