• Bakı 19° C

    2.65 m/s

Paşinyan onlara XƏBƏRDARLIQ ETDİ

DÜNYA

20 Oktyabr 2026 | 10:40 | Müəllif: Günəş Mərd

Paşinyan onlara XƏBƏRDARLIQ ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn bələdiyyə seçkilərində seçki saxtakarlığına qarşı şəxsən mübarizə aparacağını və öz siyasi komandasının üzvlərinə də güzəşt etməyəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan sosial şəbəkədəki paylaşımında seçiciləri təzyiq, qanunsuzluq və seçki rüşvəti halları barədə ona və ya hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. 

Baş nazir daha əvvəl də seçkilərlə bağlı qanunsuzluqlarla üzləşən vətəndaşların ona müraciət edə biləcəyini deyib. Onun sözlərinə görə, daxil olan müraciətlərdən biri əsasında müvafiq quruma araşdırma aparmaq tapşırılıb. Ümumilikdə isə çağırışa üç vətəndaş cavab verib.

Paşinyan seçiciləri inzibati resurslardan sui-istifadə edən, işdən çıxarmaqla hədələyən, işə qəbul vəd edən və ya seçicilərə rüşvət təklif edən namizədlərə qarşı səs verməyə çağırıb.

“Əgər ‘Mülki Müqavilə’ partiyasından hər hansı namizəd belə davranarsa, onun əleyhinə səs verməyə çağırıram”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, 2026-cı ilin payızında Ermənistanda 46 icmada yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi planlaşdırılıb. Mərkəzi Seçki Komissiyası səsvermə tarixlərini sentyabrın 27-si, oktyabrın 25-i və noyabrın 29-u olaraq müəyyən edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR