İsmayıllıda batan gəncin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, Rəvan Məhərrəmovun meyiti batdığı ehtimal olunan yerdən 200 metr aralı məsafədə Aran Dalğıc Axtarış qrupu tərəfindən tapılaraq sahilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Murad İsmayıl
***
17:26
İsmayıllıda bir nəfər kanalda batıb.
Bakıvaxtı.az xəbər verir, hadisə Yuxarı Şirvan kanalının Qubaxəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İsmayıllı rayon sakini, 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlu kanalda batıb.
FHN-nin Aran Dalğıc axtarış qrupu hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



