• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Qəbələdə "Aquapark" ərazisində YANĞIN - VİDEO

HADİSƏ

26 Iyul 2026 | 15:18 | Müəllif: Subhan Mahmudov

Qəbələdə "Aquapark" ərazisində YANĞIN - VİDEO

Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

 

***13:09

Qəbələ şəhərində güclü yanğın başlayıb.

Bakıvaxtı.az-ın  Unikal-a istinadən məlumatın görə, yanğın şəhərdə yeni tikilməkdə olan "Aquapark"da qeydə alınıb. 

Əraziyə FHN və polis əməkdaşları cəlb olunub. 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026