Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb.
Bakıvaxtı.az yeni sabah-a istinadən xəbər verir ki, Xırdalanda yaşayan Ayla Əliyeva və Səidə Qasımlı Sumqayıta gediblər. Onlardan sonuncu dəfə şəhərin Təzə parkı və Göyərçin parkı ərazisində xəbər alınıb.
Qızlardan artıq bir gündür ailələri xəbər ala bilmir.
Onları görən və ya harada olduqları barədə məlumatı olan şəxslərdən 050 578 10 11 və 050 456 95 86 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.






