• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

 İran bizim üçün böyük bazara çevriləcək – Tramp 

SİYASƏT

26 Iyun 2026 | 13:50 | Müəllif: Gülşən Şərif

İran bizim üçün böyük bazara çevriləcək – Tramp

ABŞ prezidenti Donald Tramp, Vaşinqtonla danışıqlar çərçivəsində Tehranın aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı razılaşmalar fonunda, İranı Amerika kənd təsərrüfatı ixracatı üçün yeni bazar adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, Tramp Ağ Evin Gül Bağında amerikalı fermerlərlə şam yeməyində deyib: "Bu (ixrac bazarı) böyük olacaq, düşünürəm ki, çox böyükdür".

Prezident orada olan fermerlərdən hansının İrana səfər etmək istədiyini soruşub, lakin Ağ Ev müxbirlərinin qeyd etdiyi kimi, heç kim əlini qaldırmayıb.

Cümə axşamı günü “The New York Post” qəzeti ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən bildirib ki, müqavilə çərçivəsində ABŞ-da dondurulmamış İran vəsaitləri faktiki olaraq İran hakimiyyətinin əlində olmayacaq. Vaşinqton dondurulmamış vəsaitlərin birbaşa İranın kənd təsərrüfatı məhsulları, tibbi avadanlıqlar və digər təsdiq edilmiş mallar ala biləcəyi şirkətlərə yönəldilməsində israr edir.

İran mediası Tehranın iki tranşla 12 milyard dollar alacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026