Ağsuda dağlıq ərazidə narkotik plantasiyası aşkar edilib.
Bakıvaxtı.az-ın məlumatına görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində əməliyyat keçiriblər.
Əməliyyat zamanı narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyev saxlanılıb. Onun dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bakı 



