• Bakı 25° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Cənubi Koreyda keçmiş prezidentin həyat yoldaşına hökm oxundu

DÜNYA

26 Iyun 2026 | 14:29

Cənubi Koreyda keçmiş prezidentin həyat yoldaşına hökm oxundu

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həyat yoldaşı Kim Qon Hi dövlət vəzifəsinə təyinat müqabilində rüşvət almaq da daxil olmaqla, daha bir korrupsiya işi üzrə 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat verib.

Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, Kim Qon Hi kadrlar və iş məsələlərində himayədarlıq müqabilində iş adamlarından zərgərlik məhsulları şəklində bahalı hədiyyələr alıb.

Daha əvvəl apreldə ikinci instansiya məhkəməsi digər bir korrupsiya və fırıldaqçılıq işi üzrə keçmiş birinci xanım üçün cəzanı sərtləşdirib və onu dörd il həbs cəzasına məhkum edib.

Cənubi Koreyada məhkəmə sistemi üç səviyyədən ibarətdir, sonuncusu Ali Məhkəmədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026