Berlində LGBT paradının iştirakçılarına mikroavtobusun çırpılması nəticəsində bir qadın ölüb, 16 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Berlin polisi məlumat yayıb.
Yerli medianın məlumatına görə, qurbanlardan bəziləri ağır yaralanıb.
“Bild” qəzeti ağ mikroavtobusun insanların üzərinə sürülməsinin görüntülərini dərc edib. Qəzetin məlumatına görə, sürücü qəsdən insanları əzib və sonra ağaca çırpılıb.
Polis LGBT paradına hücumda şübhəlinin kimliyini müəyyən edib: onun islamçılarla əlaqələri var. Müstəntiqlər həmçinin cinayətkarın təkbaşına, yoxsa qrup halında hərəkət etdiyini də müəyyən etməyə çalışırlar.
Almaniya kansleri Fridrix Merz hücumu “dəhşətli cinayət” adlandırıb.
Bəzi nəşrlər polisin 2026-cı ilin may ayına qədər islah müəssisəsində olan 21 yaşlı kişini axtardığını yazıb. Bildirilir ki, yürüşçüləri vuran avtomobili 2005-ci il təvəllüdlü Əbdül B. icarəyə götürüb.
Polisin məlumatına görə, şübhəli toqquşmadan sonra avtomobili tərk edərək qaçıb.
Bakı 



