• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü

DÜNYA

26 Iyul 2026 | 11:24 | Müəllif: Subhan Mahmudov

Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü

Cənubi Çin dənizində Vyetnama məxsus "KHOI NGUYEN18" yük gəmisinin qəzaya uğraması nəticəsində 23 nəfər itkin düşüb.

Bakıvaxtı.az "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, göyərtəsində 62 nəfərin olduğu gəmi iyulun 24-nə keçən gecə batıb.

Hadisədən sonra ekipajın bir hissəsi xilasedici qayıqlarla Nanşa (Spratli) adalarının akvatoriyasına çatmağı bacarıb. Çin xilasediciləri 39 nəfəri sudan xilas edib. Daha 23 dənizçi isə itkin düşmüş hesab olunur.

Hazırda itkin düşən ekipaj üzvlərinin axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026