• Bakı 33° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

DÜNYA

26 Iyul 2026 | 11:39

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İranda səfərdə olan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu ölkənin İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı tərəflər Araz çayı üzərində ikinci köprünün inşasını müzakirə ediblər.

“Tərəflər Araz çayı üzərindən ikinci körpünün tikintisi layihəsinin həyata keçirilməsinin iki ölkə arasında nəqliyyat tutumunu artıracağı və iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi barədə razılığa gəliblər”, - məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026