Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü Amil Bəylərovun idarə etdiyi "KIA" markalı avtomobil, 2007-ci il təvəllüdlü Qara Həsənovun idarə etdiyi "Hyundai" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



