• Bakı 25° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Gələn il Telavi və Vaziani aeroportlarının tikintisinə başlanılacaq

DÜNYA

26 Iyun 2026 | 14:16

Gələn il Telavi və Vaziani aeroportlarının tikintisinə başlanılacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze 2027-ci ilin sonunda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisinə başlanılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə parlamentdə hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabat təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, hazırda Vaziani Tbilisi Beynəlxalq Aeroportunun tikintisi üzrə hazırlıq işləri aktiv şəkildə davam etdirilir.

Onun sözlərinə görə, tikinti prosesinə 2027-ci ilin sonunda başlanılması, layihənin isə 2031-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

İrakli Kobaxidze həmçinin bildirib ki, Telavi və Mestia hava limanlarında yeni terminalların tikintisinə də yaxın vaxtlarda start veriləcək.

Baş nazirin sözlərinə görə, bu layihələr üzrə tikinti işlərinə 2027-ci ilin oktyabrında başlanılması və 2028-ci ilin sonunadək tamamlanması nəzərdə tutulur.

"Telavidə daxili reyslər üçün yeni hava limanımız, Mestia hava limanında isə tamamilə yeni terminal istifadəyə veriləcək", – deyə İrakli Kobaxidze vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026