• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - YENİLƏNİB

İDMAN

26 Iyun 2026 | 08:02

Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - YENİLƏNİB

Futbol üzrə dünya çempionatında Türkiyə ABŞ ilə üz-üzə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" 3:2 hesablı qələbəyə seviniblər.

Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.

07:15

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda dördüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında ABŞ hesabı bərabərləşdirib - 2:2.

49-cu dəqiqədə Sebastyan Berhalter fərəqlənib.

07:09

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

06:52

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk hissə bitib.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəlidədirlər - 2:1.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.

06:33

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda üçüncü qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda irəli çıxıblar - 2:1.

31-ci dəqiqədə Ozan Kökçü Eren Elmalının ötürməsini qola çevirib.

 

06:11

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ikinci qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabı bərabərləşdiriblər - 1:1.

10-cu dəqiqədə Arda Gülər fərqlənib.

 

06:05

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyununda ilk qol vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən D qrupunun III turunun matçında "ay-ulduzlular" hesabda geri düşüblər - 0:1.

Oston Trasti 3-cü dəqiqədə adını tabloya yazdırıb.

 

06:00

Futbol üzrə dünya çempionatının Türkiyə - ABŞ oyunu başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, D qrupunun III turunun matçı Los-Anceles stadionunda keçirilir.

Qarşılaşmanı əlcəzairli FIFA referisi Mustafa Qorbal idarə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026