• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Hyundai" ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır

DÜNYA

26 Iyun 2026 | 14:40 | Müəllif: Gülşən Şərif

"Hyundai" ABŞ-dən 100 minə yaxın avtomobili geri çağırır

Cənubi Koreyalı avtomobil istehsalçısı "Hyundai Motor" cihaz paneli displeyindəki problemlər səbəbindən ABŞ-da 96.300 avtomobili geri çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) açıqlama verib.

Tənzimləyici qeyd edib ki, proqram təminatı xətası displeyin sıradan çıxmasına səbəb ola bilər və bu da sürətölçən göstəriciləri və xəbərdarlıq işıqları da daxil olmaqla vacib məlumatları göstərməsinə mane ola bilər. Proqram təminatı uzaqdan və ya diler mərkəzlərində yenilənəcək.

Geri çağırılma, hibrid versiyası da daxil olmaqla, Tucson kompakt SUV-nin müəyyən modellərinə aiddir.

"Hyundai Motor" səhmləri 4,5% ucuzlaşıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən bəri 62% böyüyüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026