• Bakı 25° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi - VİDEO

HADİSƏ

26 Iyun 2026 | 09:59

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi - VİDEO

Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.

Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026