• Bakı 25° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycanda əmlak sığortası bazarı 17 %-ə yaxın böyüyüb

İQTİSADİYYAT

26 Iyun 2026 | 15:01

Azərbaycanda əmlak sığortası bazarı 17 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda əmlak sığortası üzrə 104,316 milyon manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 18,458 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 5,2 % çoxdur.

5 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,7 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 19,6 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026