ABŞ-nin "Blood, Sweat & Tears" qrupunun solisti, kanadalı müğənni Devid Kleyton-Tomas ömrünün 85-ci ilində dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçinin vəfat etdiyini onun PR meneceri təsdiqləyib. Musiqiçi 1968-ci ilin sonunda "Blood, Sweat & Tears" qrupunun tərkibində çıxış edərkən məşhurluq qazanıb. Qrupun "You've Made Me So Very Happy", "Spinning Wheel" və "And When I Die" kimi sinqlları "Billboard" reytinqində ikinci pilləyə qədər yüksələ bilmişdi. 1970-ci ilin mart ayında isə kollektiv "İlin albomu" nominasiyasında "Qremmi" mükafatına layiq görülüb.
Kleyton-Tomas 1972-ci ildən etibarən qrupdakı fəaliyyəti ilə yanaşı, solo karyerasına da başlayıb. O, 1996-cı ildə Kanada musiqisinin Şöhrət Zalına daxil edilib, 2010-cu ildə isə Torontodakı "Şöhrət xiyabanı"nda sənətçinin adlı ulduzu qoyulub.
Bakı 



