• Bakı 26° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb

İQTİSADİYYAT

26 Iyun 2026 | 13:06

Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb

Bu il iyunun 1-nə Azərbaycanda bank müştəri hesablarının sayı 58 milyon 693 min 78 ədəd təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,07% çoxdur.

Hesabat tarixinə, bank müştərilərinin sayı isə 16 milyon 555 min 47 nəfər olub.

Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 46 milyon 13 min 502 ədədi cari hesabların, 11 milyon 872 min 829 ədədi kredit hesablarının, 806 min 747 ədədi isə depozit hesablarının payına düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyun 2026