• Bakı 17° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Tətilə gedən futbolçu qəzaya düşdü- VİDEO

HADİSƏ

27 May 2026 | 22:00

Tətilə gedən futbolçu qəzaya düşdü- VİDEO

Türkiyə Birinci Liqasında çıxış edən “Ankaragücü” Futbol Klubunun oyunçusu Furkan Perker ailəsi ilə birgə qəzaya düşüb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə onlar Qurban bayramı tətili üçün Ankaradan Antalyanın Manavqat rayonuna gedərkən olub.

Belə ki, avtomobil Manavqatın Dereağzı bölgəsində idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb və bir neçə dəfə aşıb.

Tamamilə yararsız hala düşən maşında olan 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 2 nəfər xilasedicilər və təcili tibbi yardım əməkdaşları tərəfindən çıxarılıb.

Yaralanan Ferşat Perker, həyat yoldaşı Elif İrəm Perker, oğulları Vatan və Furkan Perker, həmçinin 11 yaşlı qızları M.P. ilkin tibbi yardımdan sonra Manavqatdakı xəstəxanalara çatdırılıb.

Sözügedən qəzanın görüntülərini təqdim edirik: 

 


SON XƏBƏRLƏR

26 May 2026