• Bakı 25° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Ağdamda iki "VAZ" toqquşdu, yaralananlar var 

HADİSƏ

26 Iyun 2026 | 18:47

Ağdamda iki VAZ toqquşdu, yaralananlar var 

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, 1986-cı il təvəllüdlü Coşqun Allahverdi oğlu Abbasov və 1957-ci il təvəllüdlü Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR