• Bakı 12° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Kadi "Qarabağ"dan gedir? 

İDMAN

29 Mart 2026 | 17:11

Kadi Qarabağdan gedir? 

"Qarabağ"ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında olan 29 yaşlı braziliyalı iş yerini dəyişməkdə maraqlı deyil.

Ağır zədə səbəbindən cari "futbol ili"ndə müəyyən müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında oynamaq, yenidən əvvəlki səviyyəsinə qayıtmaq istəyir.

Kadinin "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Bu mövsüm "köhlənlər"in formasıyla bütün turnirlərdə 28 matça çıxan cənubi amerikalı 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb./Fanat.Az


SON XƏBƏRLƏR