İspaniyanın "Barselona" klubu İngiltərə təmsilçisi "Tottenhem"in beş futbolçusu ilə maraqlanır.
Bakıvaxtı.az yerli "Sport.es" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasından aşağı dəstəyə düşsə, kataloniyalılar həmin oyunçuları heyətinə qatmağa çalışacaq.
Bunlar Xavi Simons, Mikki van de Ven, Kristian Romero, Lukas Berqvall və Pedro Perrodur.
Xatırladaq ki, "Tottenhem" hazırda Premyer Liqada düşmə zonasındadır. Komanda 34 turdan sonra 34 xalla 18-ci pillədə qərarlaşıb.
Bakı 




