• Bakı 24° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Güləşilərimiz Avropa çempionu oldu

İDMAN

28 May 2026 | 07:30

Güləşilərimiz Avropa çempionu oldu

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Bakıvaxtı.az "Modern"ə istinadən xəbər verir ki, qitə birinciliyində Azərbaycan millisinin 4 üzvü fəxri kürsüyə qalxıb. Elcan Həsənov (60 kiloqram) və Ruslan Vəliyev (80 kiloqram) Avropa çempionu olublar. Finalda uduzan Rəşad Əliyev (70 kiloqram) və Elvin Hacıquliyev (80 kiloqram) isə gümüş medalla kifayətləniblər.

Beləliklə, Azərbaycan millisi yekunda 80 xalla komanda hesabında Avropa çempionu olub. Gürcüstan da eyni miqdarda xal toplasa da, yığmamız medalların əyarına görə qonşu ölkəni qabaqlayıb. Ukrayna isə 64 xalla 3-cü yeri tutub.


SON XƏBƏRLƏR

27 May 2026
26 May 2026