• Bakı C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

"Qalatasaray" və "Samsunspor"un oyunları təxirə salındı

İDMAN

27 Fevral 2026 | 19:13

Qalatasaray və Samsunsporun oyunları təxirə salındı

Türkiyə Futbol Federasiyası (TFF) qitəmiqyaslı turnirlərdə ölkəni təmsil edən "Qalatasaray" və "Samsunspor" klublarının daxili çempionatdakı matçları ilə bağlı təxirəsalma qərarı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, Superliqanın 27-ci turu çərçivəsində 17, 18 və ya 19 mart tarixlərində baş tutması nəzərdə tutulan "Göztəpə" - "Qalatasaray" və "Çaykur Rizespor" - "Samsunspor" qarşılaşmaları daha sonrakı tarixdə oynanılacaq.

Məlumat üçün bildirək ki, "Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk duelini martın 10-u və ya 11-də İstanbulda, cavab görüşünü isə ayın 17-si və ya 18-də səfərdə keçirəcək.

"Samsunspor" isə Konfrans Liqasının 1/8 final mərhələsində İspaniyanın "Rayo Valyekano" kollektivi ilə martın 12-də və 19-da üz-üzə gələcək.


SON XƏBƏRLƏR