Futbol üzrə Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" “Liv Bona Dea Arena”da "Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə Ayron Qomis vurub.
Bu nəticədən sonra xallarını 38-ə çatdıran “Zirə” 4-cü pillədə qərarlaşıb. “Araz-Naxçıvan” isə 33 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, XXII turun açılış oyununda “Kəpəz” “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib. Turun növbəti oyunları fevralın 28-də və martın 1-də keçiriləcək.
Bakı 




