Dünya ölkələri Pakistan və Əfqanıstan arasında son günlər baş verən qarşılıqlı hücumlarla bağlı narahatlıq ifadə edərək tərəfləri təmkinli olmağa və dialoqa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, BMT, regional dövlətlər və bir sıra liderlər münaqişənin daha da şiddətlənməsinin hər iki ölkə üçün ciddi fəsadlar yaradacağını bildiriblər.
Pakistan “terror düşərgələri” adlandırdığı hədəflərə zərbələr endirdiyini açıqladığı halda, Əfqanıstan buna “müvafiq cavab” veriləcəyini bəyan edib.
Hücumlar nəticəsində onlarla insanın həlak olduğu bildirilir və beynəlxalq ictimaiyyət tərəfləri gərginliyi dərhal azaltmağa çağırır.
Əli Hüseynov
Bakı 




