Ermənistanın baş naziri Nikol Paşinyana qarşı bu gün kilsədə baş verən insidentlə bağlı yeni iddialar ortaya atılıb.
Bakıvaxtı.az xəbər verir ki, erməni mediasının yaydığı məlumatlara görə, hücumun təşkilatçısı kimi təqdim olunan Gevorq Gevorqyan adlı şəxs radikal baxışları ilə tanınır və onun Rusiyaya yaxın qüvvələrlə əlaqəli olduğu iddia edilir.
Mənbələrin bildirdiyinə görə, hadisə əvvəlcədən planlaşdırılmış ola bilər. Bununla belə, yayılan məlumatlar hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, insident Nikol Paşinyanın İrəvanda kilsədən çıxışı zamanı qeydə alınıb və təhlükəsizlik əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ciddi nəticələrin qarşısı alınıb./Musavat
Bakı 





