• Bakı 26° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Paşinyandan ona qarşı hücumla bağlı ilk REAKSİYA - VİDEO - YENİLƏNİB

DÜNYA

29 Mart 2026 | 16:18

Paşinyandan ona qarşı hücumla bağlı ilk REAKSİYA - VİDEO - YENİLƏNİB

"Polisin öz vəzifələrini yerinə yetirməsi üçün əlavə təlimatlara ehtiyacı yoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan kilsədə baş verən hadisəyə münasibət bildirərkən deyib.

O, digər sualları cavablandırmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı iki nəfər həbs edilib.

***

15:35

Müqəddəs Anna kilsəsinin həyətində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Həmin şəxslər xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinirlər.

    ***

    12:59

    Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.

    Bakıvaxtı.az xəbər verir ki, Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib.

    Hadisə yerində qısa müddətli gərginlik yaşansa da, mühafizə xidməti baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Avqust 2026