"Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar. Ukrayna lazımi silahları alacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa martın 26-27-də Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin sammitinin yekunlarına dair "Ukrinform"a verdiyi müsahibəsində bildirib.
"(ABŞ Dövlət katibi Marko) Rubio səviyyəsində bəyan edildi: Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan, bu proqramdan digər ölkələrə heç nə yönləndirilməyib. Bu günə olan vəziyyətə görə, yönləndirmə ilə bağlı planlar da yoxdur", - Sibiqa vurğulayıb.
Bakı 




