Şamaxıda fevralın 26-da 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Bakıvaxtı.az-a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
***
00:37
Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
















