• Bakı 23° C

    12.88 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Sabunçuda daha bir oğurluq: qonşusunun evindən qızıl...

HADİSƏ

29 Mart 2026 | 14:49

Sabunçuda daha bir oğurluq: qonşusunun evindən qızıl...

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərin birinə pəncərədən daxil olaraq 20 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin qonşusu 34 yaşlı T.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs taladığı qızıl-zinət əşyalarını sataraq əldə etdiyi pulla avtomobil icarəyə götürüb və turizm məkanlarında istirahət edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Avqust 2026