Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin məcburi köçkünlərin məskunlaşdığı “Yeni Qəsəbə” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 2009-cu il təvəllüdlü Nicat Əliyev kəsici-deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya yerləşdirilib.
Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb. /qafqazinfo
Bakı 




