• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ermənistan və Rusiya Azərbaycana gələn dəmir yolunu müzakirə etdi

DÜNYA

27 Fevral 2026 | 20:20 | Müəllif: Subhan Mahmudov

Ermənistan və Rusiya Azərbaycana gələn dəmir yolunu müzakirə etdi

Ermənistan Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, bu gün Ermənistan Respublikası Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan Rusiya Federasiyası Nəqliyyat nazirinin müavini Dmitri Zverevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı Gümrü-Axurik-Türkiyə sərhədi və Arazdayan-Naxçıvan Muxtar Respublikası dəmir yolu infrastrukturunun bərpası və tikintisi ilə bağlı məsələlər müzakirə olunub.

Yol və hava nəqliyyatı sahəsində mövcud əməkdaşlıq səviyyəsi də müzakirə olunub. Müzakirələrin davam etdirilməsi barədə razılıq əldə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026