Polşa 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edəcək. Sosial platformalar istifadəçilərin yaşlarını təsdiqləmək üzrə məsuliyyət daşıyacaq.
Bakıvaxtı.az xəbər verir ki, Polşanın təhsil naziri Barbara Novaçka bu məlumatı cümə günü “Bloomberg News”a verdiyi müsahibədə açıqlayıb.
O bildirib: “Uşaqların və gənclərin zehni sağlamlığı ilə bağlı problemləri müşahidə edirik. Onların intellektual qabiliyyətlərinin azaldığını görürük”.
Nazirin sözlərinə görə, gənc istifadəçilər üçün sosial mediaya çıxış təmin etməyə davam edən platformalara cərimələr nəzərdə tutulur. Lakin “Ekstra Bladet” xəbər verir ki, cərimələrin məbləği hələ də müzakirə olunur.
Novaçka qeyd edib ki, qanun gələn ilin əvvəlində qüvvəyə minə bilər. Polşanın uşaqların sosial mediadan istifadəsinə qoyduğu qadağa bu ölkəni Amerikanın “Facebook”, “Instagram” və “WhatsApp”a sahib olan “Meta” şirkəti və İlon Maskın “X” şəbəkəsi kimi texnologiya nəhəngləri ilə qarşıdurmaya apara bilər.
Bakı 




