• Bakı 22° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Rusiya müharibəni davam etdirməyi hədəfləyir - Zelenski

DÜNYA

29 Mart 2026 | 13:10

Rusiya müharibəni davam etdirməyi hədəfləyir - Zelenski

Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə yatırım edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.

"Yalnız bu həftə ərzində Rusiya Silahlı Qüvvələri şəhərlərimizə və icmalarımıza qarşı 3000-dən çox zərbə dronu tətbiq edib və onların əhəmiyyətli hissəsi "Şahed"lərdir, həmçinin 1450-dən çox idarəolunan aviabomba və müxtəlif tipli daha 40 raketdən istifadə olunub. Rusiyalılar dövlətimizə və insanlarımıza qarşı müharibənin tempini aşağı salmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir müharibənin uzadılmasına da açıq şəkildə yatırım edirlər", - paylaşımda bildirilib.

Zelenskinin sözlərinə görə, Ukrayna ərazisinə zərbələr faktiki olaraq Yaxın Şərq və Fars körfəzi ölkələrinə endirilən eyni zərbə dronları ilə həyata keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR